Paşinyan Avropa müşahidəçilərinin Azərbaycanla sərhəddən geri çəkilmə şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Avropa müşahidəçilərinin Azərbaycanla sərhəddən geri çəkilmə şərtini açıqladı

Dünya

04 Noyabr 2025 13:45 509


Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək.

“Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O bildirib: "Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq". pizza sifarişi

Xatırladaq ki, EUCM Ermənistanda öz fəaliyyətinə 2023-cü ilin fevralında başlayıb. 2025-ci ilin yanvarında Aİ Şurası EUCM-in Ermənistandakı mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!