Paşinyan azərbaycanlı jurnalistlə bir arada

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan azərbaycanlı jurnalistlə bir arada

Siyasət

12 Mart 2026 15:04 1396


Fransanın Strasburq şəhərində yaşayan azərbaycanlı jurnalist, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanla selfi çəkib.

“Yeni Sabah” xəbər verir ki, Rahim Hacıyev Paşinyanla şəklini sosial mediada “şəhərimizin qonaqlarından biri ilə selfi” şərhi yazaraq paylaşıb.

Qeyd edək ki, Nikol Paşinyan dünən Fransada səfərdə olub, Avropa Parlamentində çıxış edib. pizza

Xatırladaq ki, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev 2017-ci ildə Azərbaycanı tərk edib. O, ailəsi ilə birlikdə Fransaya köçüb.

"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!