Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən Ermənistan məhsullarının Rusiyaya idxalına qoyulan qadağanı “səhv və siyasiləşdirilmiş” adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media səhifəsində bildirib:
"Düşünürəm ki, bu addımlar səhvdir, çünki onlar insanları Avrasiya İqtisadi İttifaqına (Aİİİ) qarşı qaldırır. Aİİ-in yüksək vəzifəli rəsmisi kimi bu, mənim üçün problemdir, amma bütün problemlər həll olunacaq". Dominos pizza
Paşinyan qeyd edib ki, Ermənistan Aİİ-ə üzvlüyün faydalarını başa düşür, lakin həmin qurum da Ermənistandakı imicini artırmaq üçün yeni imkanlar yaratmalıdır:
"Əgər məhdudiyyətlər tətbiq edilirsə, bu, Ermənistan vətəndaşları arasında Aİİ haqqında mənfi təsəvvür yaradar. Fitosanitar tədbirlərə gəldikdə, bu, normal bir şeydir. Aİİ ölkələrinə tədarük edilən malların keyfiyyətli olması çox vacibdir. Lakin hazırda bu, siyasiləşdirilir".
Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığına toxunub:
"Cari məsələləri müzakirə etdik və müsbət söhbətimiz oldu. Düşünürəm ki, indi ən yaxşı addım bütün məhdudiyyətlərdən imtina etməkdir”.
Paşinyan Ermənistanın Rusiyaya idxalı qadağan olunmuş malları digər bazarlara yönləndirəcəyini bildirib:
"Əgər bibər xarab olarsa, mən onun pulunu ödəyəcəyəm, hökumət də ödəyəcək. Lakin bütün bunların nəticəsində həm Ermənistanda bibər istehsalı, həm də ixrac artacaq. İxracata ədalətsiz maneələrin olduğu bütün hallarda dəstək və subsidiya proqramları həyata keçiriləcək".
Xatırladaq ki, “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Ermənistandan təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və alabalıq idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Telegram kanalımız