Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Dominos pizza
"İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub", - məlumatda qeyd edilib.
Telegram kanalımız