Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir

Siyasət

25 Mart 2026 18:30 1148


“Ermənistanda indiyədək mövcud olan “vətənpərvərlik modeli” SSRİ və İosif Stalin tərəfindən formalaşdırılıb”.

Bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“2021-ci ildə “vətənpərvərlik modeli” barədə danışmaq fürsətim olmuşdu. Bizim Sovet İttifaqında, İkinci Dünya müharibəsindən sonra və əsasən Üçüncü Respublikada yaşadığımız “vətənpərvərlik modeli” Stalin tərəfindən yaradılıb. Bunun bizimlə heç bir əlaqəsi yoxdur,” - baş nazir qeyd edib. Dominos pizza

Paşinyanın sözlərinə görə, Ermənistan öz kimliyinə qayıdır və bu kimlik dövlətlə bağlıdır:

“Biz Stalin dövrünün “vətənpərvərlik modeli”ndən imtina edirik. Bizim kimliyimiz bizim dövlətimizdir”.

Ermənistan Baş naziri bu “vətənpərvərlik modeli”nin münaqişəyə səbəb olduğunu və ölkə üçün ciddi problemlər yaratdığını vurğulayıb.

Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!