Paşinyanın Ərdoğana təklifi:   Türkiyə Prezidenti İrəvana gedəcək?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Ərdoğana təklifi: Türkiyə Prezidenti İrəvana gedəcək?

Siyasət

05 Noyabr 2025 14:54 631


“Avropa Siyasi Birliyinin zirvə toplantısı beynəlxalq tədbir olduğu üçün, təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sammitdə iştirak edə bilər. Bu, Ermənistanı ziyarət mənasına gəlmir. Beynəxalq hüquqa əsasən, bu, rəsmi tədbirdə iştirak etməkdir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Toğrul İsmayıl deyib.

O bildirib ki, belə tədbirlər beynəlxalq mahiyyət daşıdığı üçün Türkiyə liderinin orada iştirak etmək ehtimalı var: Pepperoni pizza

“Düzdü, Türkiyə və Ermənistan arasında görüşlər baş tutur, amma konkret diplomatik münasibətlər yoxdur. Ankaranın birinci şərti Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Amma belə tədbirlər beynəlxalq mahiyyət daşıdığı üçün Türkiyə prezidentinin orada iştirak etmək ehtimalı var”.

Politoloq vurğulayıb ki, hər bir halda R.T.Ərdoğanın İrəvana səfəri reallaşarsa, bu mütləq Azərbaycan tərəfi ilə razılaşdırılacaq:

“Türkiyə Avropa Birliyinə üzvlük növbəsindədir. Digər halda, Türkiyə lideri özü iştirak etməsə belə, dövləti təmsil baqaş rəsmi göndərə bilər. Burada beynəlxalq hüquq və beynəlxalq normalar nöqteyi-nəzərindən qeyri-adi bir şey yoxdur. Daha öncə, 2008-ci ilin sentyabrında futbol diplomatiyası çərçivəsində sabiq Prezident Abdullah Gülün İrəvana səfəri baş tutmuşdu. Nikol Paşinyan isə 2 dəfə Türkiyəyə səfər edib”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin mayında İrəvanda keçiriləcək sammitinə dəvət edib. Rəsmi Ankara dəvətə hələlik münasibət bildirməyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!