Ermənistana təbii qaz tədarükünün şaxələndirilməsi vacibdir və bu məsələ İran və Azərbaycanla müzakirə olunur.
“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü və Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının üzvü Sarkis Xandanyan bildirib.
"Rusiyadan tədarük edilən təbii qazın qiymətinin dəyişə biləcəyini iddia edən heç bir açıqlama ilə tanış deyiləm. Lakin belə bir vəziyyət yaranarsa, bu məsələni rusiyalı tərəfdaşlarımızla dostcasına müzakirə edəcəyik. Amma təbii ki, bu sahədə şaxələndirmə çox vacibdir", - o bildirib. pizza mizza
Xandanyanın sözlərinə görə, İrandan qaz tədarükünün artırılması ehtimalı iyul ayında Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin həmin ölkəyə səfəri zamanı müzakirə olunub.
"Biz bu istiqamətdə işləyəcəyik", - Xandanyan bildirib.
O qeyd edib ki, Azərbaycandan qaz tədarükü də istisna edilmir: “Bundan əlavə, TRIPP layihəsi Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Bu, əlavə bir fürsətdir, boru kəmərinin potensialından istifadə etmək üçün əlavə mənbədir”.
Rusiya Ermənistana qazı min kubmetr üçün 177,5 dollara tədarük edir. Qazın qiyməti 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan müqavilədə müəyyən edilib.
May ayının sonunda Rusiyanın energetika naziri Sergey Sivilyov Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə mesaj göndərərək bildirib ki, əgər Yerevan Avropa Birliyinə qoşulma prosesini davam etdirərsə, Rusiya 2013-cü ilin dekabrında imzalanmış respublikaya təbii qaz, neft məhsulları və xam almaz tədarükü haqqında müqaviləni birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.
İyul ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrəvanda bildirib ki, Rusiya ölkəyə tədarük edilən təbii qazın qiymətini qaldırarsa, Aİ Ermənistana kömək etməyə hazırdır.
Ermənistan qaza olan ehtiyacının demək olar ki, hamısını Rusiya qazı ilə ödəyir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. "Elektrik üçün qaz" proqramı çərçivəsində İrandan hər il əlavə 476 milyon kubmetr qaz tədarük olunur: Ermənistan İrana əsasən Hrazdan İstilik Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi, İran isə Ermənistana kubmetr qaz üçün 3 kVt/saat həcmində təbii qaz tədarük edir.
Telegram kanalımız