“Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”.
Yenisabah.az xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
Onun sözlərinə görə, xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: “Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin artmasına səbəb olsun. Bu, səhiyyə sistemimizi yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”. Dördpendirli pizza
Telegram kanalımız