Pensiya alanlara şad xəbər -   Bayrama görə dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Pensiya alanlara şad xəbər - Bayrama görə dəyişiklik edildi

Sosial

04 Mart 2026 11:46 18895


Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək.

Bu barədə “Yeni Sabah” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Belə ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb. pizza mizza

“Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və  güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub”, - qurumdan bildirilib. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahir Zarağanlı
    Bunun nəyi şad xəbərdir ki?! Pul 5-10 gün tez veriləcəkmiş. Artıq verilmir ki, şad xəbər olsun. İkincisi də Novruz xalqımızın bayramı deyil, Zərdüştlərin dini bayramıdır. Savadsız adamların hazırladığı xəbər bundan artıq olmayacaq ki...
    2 months ago