Pensiyaçılara şad xəbər -   Nazirlik açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara şad xəbər - Nazirlik açıqlama yaydı

Sosial

19 Dekabr 2025 11:28 22101


Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 mln. manat) çox olmaqla 6 mlrd. 515 mln. manat vəsait yönəldilib.

Bu barədə “Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. pizza sifarişi

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Roma
    Budur şad xəbər?))
    5 months ago
  • Tofiq Həsənov
    Bunun harası pensiyaçılara aiddir ki onu belə təqdim edirsən ay qanmaz. Redaksiyada bircə adam yoxdur bəyəm belə məlumatları kənarlaşdırsın? Bu mənasız məlumat sizin yaxınlarınızın da əsəblərinə toxunur axı
    5 months ago