Pərvin əsəbləşdi: “Ən yüngül cəzan edam olmalıdır!“

saytların hazırlanması

Evə çatdırılma

Pərvin əsəbləşdi: “Ən yüngül cəzan edam olmalıdır!“

Şou

23 Mart 2021 23:31 1483


“Feminist deyiləm, amma bu qətlləri gördükcə onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz”.

Yenisabah.az xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində tanınmış aktrisa Pərvin Abıyeva yazıb. O fikirlərinə bunları da əlavə edib:

" Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir axı?! Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox metod var. Ölüm çıxış yolu deyil". Sezar pizza

Qeyd edək ki, Bakıda 62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!