Polis Ağcabədidə əməliyyat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis Ağcabədidə əməliyyat keçirdi

Kriminal

16 Fevral 2019 00:04 903


Ağcabədidə pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə “Yeni Sabah”a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat verilib. Bildirilib ki, Ağcabədi rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.

Məlumatla əlaqədar Ağcabədi RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat və 1000 rus rublu, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Hindarx qəsəbə sakini Nicat Savalanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirlər ilə onun cari ilin yanvar ayının 30-da rayon ərazisindəki daha bir evdən 150 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!