Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Polis “Qarabağ“ - “Bazel“ matçıyla bağlı müraciət etdi
15 Sen 2021 16:56
373

Polis “Qarabağ“ - “Bazel“ matçıyla bağlı müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

Yenisabah.az müraciətin mətnini təqdim edir: 

“Sentyabrın 16-dan Bakı Olimpiya Stadionunda "Qarabağ"ın "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununun keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırlacağını nəzərə alsınlar.

Sürücülərdən xahiş eidirk ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər".

"Eyni zamanda pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərinə də əməl etmələri xahiş edilir. Sürücülürimizdən və vətəndaşılarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”, - DYP-dən bildirilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər