Polis Xocalı soyqırımını yad etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis Xocalı soyqırımını yad etdi - Foto

Rəsmi

26 Fevral 2019 15:25 1288


Bərdədə Dövlət Yol Patrul xidmətinin alayının əməkdaşları Xocalı soyqırımı qurbanlarını xatirəsini anıb.

“Yeni Sabah”ın məlumata görə, BDYPİ-nin Yol Patrul Xidməti Alayının 13-ci tağımının əməkdaşlarının,  şəhid ailələrinin iştirakı ilə postun inzibati binasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Tərtər rayonunda yerləşən xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra davam edən dəyirmi masada Xocalı faciəsində şəhid olan həmyerlilərimizin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər  1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıda törətdiyi qanlı hadisələrdən danışıblar.  Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyi vurğulanıb və bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılıb.   pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!