Azərbaycan futbolunda VAR yazda tətbiq oluna bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.
Onun sözlərinə görə, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: Sezar pizza
"Çiplərin gətirilməsi ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".
Telegram kanalımız