“Prezident Administrasiyasındakı görüş strateji əhəmiyyətə malikdir”

saytların hazırlanması

Evə çatdırılma

“Prezident Administrasiyasındakı görüş strateji əhəmiyyətə malikdir”

Siyasət

11 Sentyabr 2021 10:30 1477


“Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib. O, qeyd edib ki,  ümummilli maraqlar və xalqın  rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. 

Diqqəti Prezident Adminitsrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlərinə yönəldən Vüqar Rəhimzadə qeyd edib ki, bu tədbirlər siyasi dialoq mühitinin daha sağlam zəmində  formalaşmasına öz müsbət təsirini göstərir. Bu baxımdan hər bir görüşün dövrün aktual məsələlərinin müzakirəsinə həsr edilməsi təqdirəlayiq addımdır. Reallıq budur ki,  dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti durmadan  inkişaf edir: “45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşün keçirilməsini bu prosesin növbəti mərhələsi hesab etmək olar. pizza

Ən əsası «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul olunması zərurəti  gündəmə gətirilib və bununla bağlı konstruktiv  təkliflər irəli sürülməkdədir. Hesab edirəm ki, bugünkü reallıqlarımız fonunda  «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi də dövrün aktual çağırışları sırasındadır. Atılan addımlar  siyasi dialoq mühitinin təkmilləşdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu  nümayiş etdirir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!