Prezident nazirliyin əsasnaməsinə dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident nazirliyin əsasnaməsinə dəyişiklik etdi

Siyasət

23 Fevral 2019 17:32 910


Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı bəzi fərmanlara dəyişiklik və əlavə edib.

“Yeni Sabah” xəbər verir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nə aşağıdakı məzmunda 3.1.50-1-ci yarımbənd əlavə edilib:

“3.1.50-1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək” Dördpendirli pizza

Əsasnamənin 1.1.2. 3.1.52-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq”.

Həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi ləğv ounub. 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndindən “məlumat bazasının təşkili,” sözləri çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!