Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. Dördpendirli pizza
Trend
Telegram kanalımız