Pul tələb edən rəislər haqda DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Pul tələb edən rəislər haqda DİN-dən açıqlama

Sosial

02 Sentyabr 2022 16:37 1497


Dünən polis baş leytenantı, Şabran Rayon Polis Şöbəsinin rəisi  Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı araşdırılma aparılması və nəticədə sözügedən şəxsin Ağsu rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilməsiylə əlaqədar xəbərlər yayılmışdı. 

“Yeni Sabah” xəbər verir ki, bu qərar sosial şəbəkədə tənqidlə qarşılanıb. Bildirilir ki, vəzifəli şəxsin rüşvət alarsa və ya rüşvət tələb edərsə, qanunlara görə o məsuliyyətə cəlb olunmalıdır, nəinki iş yeri dəyişdirilməlidir.

Eyni zamanda digər bir xəbərdə polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntüləri yayılan Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyevin işində yol verdiyi nöqsanlara görə sərəncama götürülərək vəzifəsindən azad edildiyi, onunla yanaşı, DYP-nin bir əməkdaşı işdən çıxarılması, beş nəfərin isə daxili işlər orqanlarından xaric edilməsi bildirilir. Marqarita pizza

Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə “Yeni Sabah”a açıqlamasında xəbərləri təkzib edib: “Bu, yalan xəbərdir”. E. Zahidov baş vermiş hadisə haqda əlavə məlumat verməkdən imtina edib və telefonu qapadıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!