Pünhandan Sərxana ağır cavab:   “Onda olan məndə olsa, heç kəs salam verməz” + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Pünhandan Sərxana ağır cavab: “Onda olan məndə olsa, heç kəs salam verməz” + VİDEO

Şou

17 Aprel 2025 13:50 1130


“Onda olan məndə olsa kimsə mənə salam verməz”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Pünhan Piriyev “Rəngarəng” verilişində həmkarı Sərxan Kərəmoğlu haqda deyib. O, ötən verilişlərin birində sənət dostunun özü haqda dediklərinə münasibət bildirib:

“Mənim Sərxanla yaxınlığım, dostluğum, yoldaşlığım olmayıb. İcazə vermirəm ki, mənə yaxın olmayan insan haqqımda nə isə danışsın. Deyə bilərəm ki, onda olanı mən özümə ayıb bilirəm. Belə desəm yaxşı çıxmır. Onda olan məndə olsa gərək mənə kimsə salam verməsin. Bunu desəm onun xoşuna gələr?! Mənimlə olan münasibətini kimsə şitdiyə çevirirsə, bu özü üçün səhvdir. Bu yerə gəlib çıxmışamsa,  Sərxanın sayəsində olmayıb. Ona görə haqqımda söz deməyinə icazəm yoxdur”. pizza hut

Qeyd edək ki, bir müddət əvvəl Sərxan Kərəmoğlu “Rəngarəng” verilişində Pünhan Piriyev haqda atmacalı açıqlamalar vermişdi.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!