Putinə doğum günündə “qanlı hədiyyə”: Zelenski   TƏCİLİ AÇIQLAMA YAYDI

saytların hazırlanması

Evə çatdırılma

Putinə doğum günündə “qanlı hədiyyə”: Zelenski TƏCİLİ AÇIQLAMA YAYDI

Dünya

08 Oktyabr 2026 19:11 375


Rusiya lideri Vladimir Putin 74-cü doğum gününü qeyd edərkən, Rusiya ordusu gecə yarısı Ukraynanı raket yağmuruna tutub. Paytaxt Kiyev daxil olmaqla 12 bölgə balistik raketlərin və pilotsuz uçuş aparatlarının hədəfi olub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Kiyevdən şimalda yerləşən Çerniqov vilayətinin Priluka qəsəbəsində balistik raket beşmərtəbəli binaya dəyib. Səhərə yaxın baş verən "İsgəndər-M" tipli raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 14 nəfər həyatını itirib, 50 yaralı isə xəstəxanalara yerləşdirilib. Qətliamı xatırladan bu hücumla bağlı açıqlama verən Ukrayna lideri Volodimir Zelenski, "Rusiyanın başındakı şəxs - Putin bu gün doğum gününü qeyd edərkən, Rusiya ordusu Prilukada vurduğu binanı ona hədiyyə olaraq təqdim etdi. Təəssüf ki, çox sayda insan itkimiz var" deyib. Hücumda təqribən 70 raket və 160 kamikadze dronun istifadə olunduğunu bildirən Ukrayna lideri, ölkənin hava hücumundan müdafiə sistemindəki çatışmazlıqlar səbəbindən balistik raketlərin əksəriyyətinin qarşısının alınmadığını qeyd edib.

Zelenski, "Ukraynada yaşayan insanların həyatının xilas edilməsi üçün Qərbin bizə verəcəyi "Patriot" tipli raketlərə təcili ehtiyacımız var. Təcavüzkar Rusiya artıq enerji infrastrukturumuzu hədəf almağa davam edir" ifadələri ilə müttəfiqlərinə hava hücumundan müdafiə yardımı çağrısını təkrarlayıb. pizza hut

Həmçinin, Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobuslarına endirdiyi zərbə nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə “Ukrainskaya Pravda“ Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin və vilayət prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilib ki, zərbə oktyabrın 8-də saat 10:00 radələrində endirilib. Sərnişin daşıyan iki avtobus hücuma məruz qalıb.

İlkin məlumatlara görə, 12 nəfərin öldüyü və 14 nəfərin yaralandığı bildirilmişdi. Lakin daha sonra Donetsk vilayət prokurorluğu ölənlərin sayının 30-a, yaralananların sayının isə 18-ə yüksəldiyini açıqlayıb.

Ukrayna tərəfinin məlumatına görə, avtobusların yüksək dəqiqlikli idarə olunan aviasiya bombaları ilə vurulduğu ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!