Putinlə Paşinyan arasında telefon danışığı olub
25 Fev 2021 20:59
360

Putinlə Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.

Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.

Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər