Qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Kriminal

07 May 2021 16:35 1238


1 oktyabr 2020-ci il tarixdə Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsininmüvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Astara rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Rüstəm Heydərov qeyd edilən tarixdə quldurluq niyyəti ilə Rəhimə Aslanovanın yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşya ilə xüsusi amansızlıqla sonuncunu qəsdən öldürüb.

Rüstəm Heydərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!