Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

saytların hazırlanması

Evə çatdırılma

Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

İdman

23 İyun 2026 23:59 258


2026-cı il futbol üzrə dünya çempionatının qaliblərinə kuboku Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FİFA rəhbəri "Foks Nyus" telekanalının efirində bildirib.

"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib. Toyuqlu pizza

Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-ın Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!