Qanunsuz saxlanılan silahlar aşkar olunub.
DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb. pizza sifarişi
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız