Qarabağ ermənilərindən ŞOK ÇAĞIRIŞ: Özünüzü güllələyin

Qarabağ ermənilərindən ŞOK ÇAĞIRIŞ: Özünüzü güllələyin

Digər Veb saytların hazırlanması

28 Sentyabr 2023 10:59 551


Xəbər verdiyimiz kimi, qondarma "Artsax" Respublikasının "prezidenti" Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı erməni teleqram kanalları yayıb.

Fərmanın imzalanmasından sonra Qarabağın erməni əsilli sakinləri qondarma rejimin ləğvində iştirak edənlərə çağırış edib.

Çağırışda bildirilir ki, "Artsax Respublikası"nın ləğvində iştirak edənlərin hamısı özünü güllələməlidir:

"Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Nikol Paşinyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan və "Artsax Respublikası"nın ləğvində iştirak edənlərin hamısı bu gün özünüzü güllələləsin". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!