Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi matçında "Neftçi" "Qarabağ"ı qəbul edib.
Matç qonaqların qələbəsi ilə başa çatıb - 4:2.
Qeyd edək ki, bu nəticə ilə "Neftçi"nin cari mövsümdə Premyer Liqanı 3-cü yerdə başa vuracağı dəqiqləşib.
Belə ki, "ağ-qaralar" 2-ci pillədəki "Sabah"dan 13 xal geri qalırlar. 4-cü sıradakı "Qəbələ"ni isə həmin xal fərqi ilə qabaqlayırlar. Cari mövsümün başa çatmasına 4 tur qaldığını nəzərə alsaq, "Neftçi"nin bürünc medallara sahib çıxacağı dəqiqləşib.
02 may (çərşənbə axşamı)
20:00. “Neftçi” – “Qarabağ” - 2:4
Qollar: Mateus Saldanya, 40, Emin Mahmudov, 64-pen. - Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Mateus Saldanya 54-avtoqol, Abdullah Zubir, 79
Qırmızı vərəqə: Voislav Stankoviç, 30-birbaşa qırmızı vərəqə ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
“Bakcell Arena”
Telegram kanalımız