“Qarabağ“ Qəbələyə getdi
14 İyl 2020 15:17
446

“Qarabağ“ Qəbələyə getdi

2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Yenisabah.az xəbərt verir ki, komanda səhər saatlarında əyalətə yola düşüb.

Hazırda İspaniyada olan Xayme Romero və Miçel Maderadan başqa hamı Ağdam təmsilçisinin düşərgəsindədir. Yeri gəlmişkən, ispaniyalı yarımmüdafiəçilərin yenidən Bakıya qaytarılması istiqamətində işlərə artıq start verilib.

Sportinfo yazır ki, dünən isə komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçulardan götürülmüş analizlərin nəticəsi mənfi çıxıb.

"Qarabağ" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümünün qalibi elan olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər