“Qarabağ” - “Sürix” oyununun vaxtı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Sürix” oyununun vaxtı müəyyənləşdi

İdman

13 İyul 2022 13:07 1007


Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunun tarixi və başlama saatı dəqiqləşib. 

Ağdam klubundan Yenisabah.az-a verilən xəbərə görə, birinci matç iyulun 19-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.

Qeyd edək ki, hələlik UEFA-nın rəsmi saytı bu matçların tarixini və saatını açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!