Hitlerə qarşı döyüşmüş məşhur veteran 100 yaşına çatdı

saytların hazırlanması

Evə çatdırılma

Hitlerə qarşı döyüşmüş məşhur veteran 100 yaşına çatdı

Maraqlı

04 May 2026 16:04 129


Azərbaycanda İkinci Dünya müharibəsinin sağ qalan azsaylı veteranlarından olan Ağababa İsgəndərovun yubileyidir. 

“Yeni Sabah” xəbər verir ki, onun 100 yaşı tamam olub.

Qərbi Azərbaycan İcması Bakıdakı şadlıq saraylarından birində A.İsgəndərova təmtənəli yubiley təqdiri keçirib.

Qeyd edək ki, İsgəndərov Ağababa Qəmbərəli oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulub. İkinci Dünya müharibəsində 1166-cı atıcı alayın tərkibində döyüşlərdə iştirak edib. O, Berlində sol ayağından yara alıb. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən ailəsi ilə birlikdə qaçqın düşdükdən sonra Bakı şəhərində məskunlaşıb.

Onun dörd oğlu, altı qızı var.

A.İsgəndərov bir sıra orden və medallara təltif olunub.

Böyük Vətən müharibəsi veteranı kimi 26 sentyabr 2000-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti tərəfindən şəhərdaxili nəqliyyatda (taksidən başqa) pulsuz gediş vəsiqəsi verib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!