Qarabağ Universiteti: Azad ərazilərimizin yeni siması

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universiteti: Azad ərazilərimizin yeni siması

Sosial

12 İyul 2024 17:58 1196


Qarabağ tarixən həm dövlətçilik, həm də elm tariximizin inkişafında daim mühüm rol oynayıb. Mədəniyyətin, elmin tərəqqisinə hər zaman töhfə verən Qarabağda elm ocaqları da mövcud olub.

Xankəndidə Qarabağ Universiteti yaradılması da işğaldan azad olunan bölgələrimizə olan marağı daha da artırdı.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universiteti cəmiyyət tərəfindən böyük marağa səbəb oldu. Pepperoni pizza

Artıq universitetdə tədris olunacaq ixtisaslar öz əksini tapıb.

Hazırda Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq prosesi necə davam edir?

Universitetin  qarşısına hansı vəzifələr qoyulub?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva bildirib ki, universitet yeni tədris ilinə tam qüvvəsi ilə hazırlaşır:

“Yeni yaradılmış Qarabağ Universitetinin qısa müddət ərzində fəaliyyətə başlaması istiqamətində Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı ilə sistemli tədbirlər həyata keçirilir. 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində 6 fakültədə 27 ixtisas üzrə kadr hazırlığına start verilməsi nəzərdə tutulub. İlk tədris ilində Universitetdə 1200 tələbənin təhsil alması gözlənilir. Hazırda Universitetin pedaqoji və inzibati heyətinin formalaşdırılması, tədris infrastrukturunun qurulması, abituriyentlər arasında təbliğat işlərinin aparılması və digər zəruri istiqamətləri əhatə edən kompleks fəaliyyətlər həyata keçirilir. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq.

Cari tədris ilində Qarabağ Universitetinə qəbul olunan bütün tələbələr ödənişsiz təhsil alacaq, ödənişsiz yataqxana ilə təmin olunacaq və hər bir tələbəyə təqaüd veriləcək. Həmçinin hər bir tələbəyə kompüter və yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək”.

Onun sözlərinə görə, Qarabağ Universitetini seçən tələbələri müəyyən güzəştlər də gözləyir:

“Qarabağ Universitetini seçən abituriyentləri bir çox üstünlüklər gözləyir. Bu üstünlüklərə yeni məzmunlu tədris proqramları, müasir maddi-texniki bazası olan universitet kampusu, peşəkar yerli və xarici professor-müəllim heyəti, elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi, beynəlxalq və yerli ikili diplom və mübadilə proqramları daxildir. Bu üstünlüklər tələbələrin akademik və peşəkar inkişafını təmin edəcək, onlara geniş imkanlar yaradacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bu universitetin yaradılması həmçinin siyasi baxımdan xüsusi önəm daşıyır:

“Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması həm siyasi baxımdan xüsusi önəm daşıyır, həm də Azərbaycanın qələbəsinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği, erməni yalanlarının ifşafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qısa müddətdə bu universitet yaradıldı və fəaliyyətə başladı. Universitetin qarşısına ciddi vəzifələr qoyulub. Universitet gələcəkdə Qarabağın, eyni zamanda, Azərbaycanın müxtəlif sahələr üzrə peşəkar kadrlarla təmin olunmasında böyük rol oynayacaq.

Biz nəzərə alsaq ki, Qarabağda, ətraf rayonlarda milyonlarla insa yaşayacaq, bu qərarın nə qədər önəmli olduğunu bilirik. İlk növbədə universitetdə təhsil ən yüksək səviyyədə təşkil olunmalıdır gələcəkdə beynəlxalq reytinqlərdə bu təhsil ocağı irəliləməlidir. Ən peşəkar mütəxəssislər prosesə cəlb olunmalıdır.

Hər bir gənc bu universitetdə təhsil almaqla qürur duymalı, bunu özünə bir şərəf bilməlidir və bunun üçün hər bir Azərbaycan vətəndaşı çalışmalıdır.

Həmin universiteti seçən tələbələr üçün müəyyən güzəştlər də olacaq, əlavə təqüdlər, maddi və mənəvi dəstək olunacaq. Qarabağdakı proseslərə böyük qayğı və diqqət var. Qarşıda bir məqsəd var: Universitet ən qısa zamanda formalaşmalı və fəaliyyətini ən yüksək səviyyədə davam etdirməlidir. Həm Azərbaycan, həm də dünya təhsilində Qarabağ universiteti öz yerini tutmalıdır. Düşünürəm ki, universitet bunu bacaracaq və qısa vaxtda qarşıya qoyulan hədəflərə nail ola biləcək. Universitet də bunun üçün çalışır, bu istiqamətdə müəyyən addımlar atır, tədbirlər keçirir. Bu da onu göstərir ki, biz hədəflərimizə çata biləcəyik”.

Əsmətxanım Rzazadə 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!