Qarabağa dair ictimai dinləmə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa dair ictimai dinləmə keçiriləcək

Siyasət

22 Fevral 2019 16:25 825


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Qarabağa dair ictimai dinləmə keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ADR-in sədri Qubad İbadoğlu bildirib. O qeyd edib ki, dinləmə sabah baş tutacaq:

"Qarabağın taleyi ilə bağlı son danışıqların, “sülhə hazırlama” prosesinin detallarının gizli saxlanmasının Azərbaycan ictimai fikrində çaşqınlıq yaratdığını, həmsədrlərin və Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) açıqlamalarının arxasında dayanan qaranlıq və şübhəli məqamların artdığını nəzərə alaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sabah saat 12-də ictimai dinləmə keçirir. Bu, Qanun Nəşriyyatının konfrans zalında baş tutacaq. Ekspertlər, konfiktoloqlar, ziyalılar, XİN, Dağlıq Qarabağın Azərbaycan icması da dəvətlilər sırasındadır". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!