Qarabağda 12 320 erməni hərbçisi öldürülüb   - Yerevan açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Rəsmi

21 Yanvar 2021 13:15 1639


Ermənistanda 1991-ci ildən bəri Qarabağda məhv edilən erməni hərbçilərin sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın zamanında (1991-1998) Ermənistan Qarabağ döyüşlərində təxminən 7 min hərbi qulluqçu itirib.

Bundan başqa, Robert Koçaryan vaxtında (1998-2008) 92, Serj Sarkisyan dönəmində isə (2008-2018) 228 erməni hərbçi Qarabağ istiqamətində məhv edilib.

Baş nazir Nikol Paşinyanın (2018-) hökumət rəhbəri olduğu dövrdə isə Ermənistan mediasının tərəfinin təxmini məlumatlarına görə, 5 min hərbi qulluqçu bu regionda ölüb.

Modern.az yazır ki, beləliklə, tam olmayan məlumatlara görə, Qarabağda 1991-ci ildən bu günə qədər 12 320 hərbçi ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!