Qatarla “Mercedes” toqquşdu: Sürücü son anda   maşından qaçdı!

saytların hazırlanması

Evə çatdırılma

Qatarla “Mercedes” toqquşdu: Sürücü son anda maşından qaçdı!

Hadisə

13 Oktyabr 2026 09:43 86


Dəmir yolu keçidində baş verən qəza ciddi fəsadlara səbəb olub. Sürücü son anda avtomobili tərk edərək xilas olsa da, həm nəqliyyat vasitəsinə, həm də dəmir yolu təsərrüfatına ciddi ziyan dəyib.

Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə dəmir yolunun Salyan-Salmanlı sahəsində yerləşən qorunmayan keçiddə baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü dəmir yolu xəttinin üzərində məcburi dayandığı üçün hərəkətdə olan qatarla toqquşub. Xoşbəxtlikdən, qəza xəsarətlə deyil, maddi zərərlə nəticələnib. pizza mizza

BDYPİ-nin təhlillərinə əsasən, bu cür qəzaların baş verməsində sürücü məsuliyyətsizliyi əsas amillərdən biridir. Yaxınlaşan qatarı görmələrinə baxmayaraq, bəzi sürücülərin yol nişanlarının, svetoforların və digər nizamlama vasitələrinin tələblərinə əməl etmədən dəmir yolu keçidinə daxil olması təhlükəli vəziyyət yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xəbərdarlıq edib. Qeyd olunub ki, dəmir yolu keçidlərinə yaxınlaşarkən yol nişanlarının, svetoforların, nişanlama xətlərinin, şlaqbaumun vəziyyətinin və keçid növbətçisinin göstərişlərinin tələblərinə əməl edilməlidir.

Sürücülər yalnız yaxınlaşan qatarın, lokomotivin və ya drezinanın olmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!