“Qazanın, soyuducunun içini yoxlamasınlar...” - Nazir cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

“Qazanın, soyuducunun içini yoxlamasınlar...” - Nazir cavab verdi

Siyasət

27 Noyabr 2024 13:12 3055


Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, ola bilər ki, həmin ailəyə kimsə bir kisə un, bir kisə kartof gətirib: Pepperoni pizza

“Aydındır ki, bu sizin göstərişiniz deyil, amma bu tip məsələlər insan ləyaqətini alçaldır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna cavab olaraq bildirib ki, qazan, soyuducu yoxlanılmasından söhbət gedə bilməz:

“Əyani müayinənin iki məqsədi var: birinci, ailənin tərkibi ilə bağlı, ikinci məqam isə həmin ailənin məişət şəraitinin rəsmi gəlirləri ilə uyğunluğu. Bütün müayinələr video-çəkilişlə çəkilir. Bir çox hallarda bu mexanizmi sui-istifadə edənlər olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!