Qəbul balları aşağı enəcək? - Ekspert rəyi

saytların hazırlanması

Evə çatdırılma

Qəbul balları aşağı enəcək? - Ekspert rəyi

Sosial

25 Fevral 2019 16:44 6394


“Magistratura imtahanlarında dəyişikliklər baş vermişdi. İngilis dilindən dinləmə salınmışdı. Bu, istər-istəməz çətinlik yaradırdı”.

Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı təhsil eksperti Elçin Əfəndi dünənki magistratura imtahanı ilə bağlı deyib. Onun sözlərinə görə,  qərar gec verildiyi üçün bakalavrlar hansı proqramdan, necə hazırlaşacağını bilmirdilər:

“Bu yöndən bakalavrları qınamıram. Amma dünənki imtahan suallarında  bir qədər çətinlik olduğunu müşahidə etdik. Üstəgəl yeni qaydalarla imtahan vermələri tələbələrdə tərəddüd yaradıb. Nəticədə balların aşağı düşməsi təbii ki, olacaq. 100 ballıq sistemdə 0 -20 bal aralığında əvvəllər 100-200 nəfər toplayırdısa indi bu say daha çox olacaq.  Həmçinin 50-100 arası 4-5 min nəfər toplayırdı, amma bu dəfə daha az olacaq. Təxminən 2000-2500 nəfərə çatacaq. Bu da balların aşağı enməyinə gətirib çıxaracaq. Pepperoni pizza

Hazırda emal prosesi gedir. Ortalama ballarla bağlı qəti fikir deyə bilmərəm. DİM-in protokolları yoxlaması 2-3 gün çəkəcək. Ümumi baxımdan ortalama keçən illərə nisbətdə çox aşağı olacaq. DİM Apelyasiya Komissiyası yaradıb. Bakalavrların şikayəti varsa, yaxınlaşıb fikirlərini bildirə bilərlər. Ola bilər ki, kiminsə haqlı səhvi var, Komissiya işə baxıb tələbənin xeyrinə qərar verə bilər”. 

Ekspert bildirib ki, suallarda çətinlik var idi:

“Dövlət İmtahan Mərkəzinin magistrla bağlı keçirdiyi seminarlarda da ümumi qərar belə idi. Çətinlik səviyyəsi artırılmışdı. Məntiq fənnində çətinliyin artırılması da müasir dövrdə sualların daha çox məntiqi yolla həllinə üstünlük verilməsidir. İstər kurikulum sistemində, istərsə də bakalavr və magistr imtahanlarında belədir. 

Sınağa nisbətən çətinlik var idi. Bu sınaqdır, bəlli məsələdir, gəl özünü sına. O demək deyil ki, qəbul imtahanını da bu səviyyədə keçirəcəklər. İstənilən halda bakalavr hazır olmalı idi. Sual çətin və asan ola bilərdi. “Sınağa getdim asan düşdü, arxayın olum onsuz da rahat olacaq, daha yaxşı hazırlaşmayım” qəbul olmaq istəyən tələbə üçün yad prinsipdir. Amma ədalət baxımından baxsaq, DİM sınağı asan saldığı halda çətinlik səviyyəsini artıraraq qəbul keçirməli deyildi. Amma yenə deyirəm, gərək  tələbə hazırlıqlı olardı”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!