Qədir Xəlilov yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Qədir Xəlilov yüksək vəzifəyə təyin edildi

Sosial

28 Aprel 2026 11:09 528


Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilov gətirilib.

Qeyd edək ki, Qədir Xəlilov 2019-2023-cü illərdə Gənclər Fondunda icraçı direktorun müavini, 2023-2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi olub. 

2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyətini davam etdirib. 

2014-cü ildə Prezidentin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!