Qəzzada ölənlərin sayı 10 min nəfəri keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada ölənlərin sayı 10 min nəfəri keçdi

Dünya

07 Noyabr 2023 17:14 751


Qəzza Səhiyyə Nazirliyi müharibə zamanı həlak olanlarla bağlı yeni məlumatlar açıqlayıb. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri İsrailə qarşı müharibədə 4237-si uşaq olmaqla, 10328 nəfər həlak olub. 

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi Fələstin anklavında ölən və yaralananların sayı ilə bağlı yeganə məlumat mənbəyidir.  Dördpendirli pizza

Digər təşkilatlar kimi BBC-nin də bu rəqəmləri müstəqil şəkildə yoxlamaq imkanı yoxdur. 

Qeyd edək ki, 7 oktyabrdan başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!