Türkiyəli müğənni Sərdar Ortaç jurnalistlərin suallarına maraqlı cavablar verib.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ay öncə boşanan ifaçı sabiq həyat yoldaşı Xloye Luqnan barədə danışıb:
“Eşqin kədərinə dözümlüyəm. Əlbəttə ki, pis oluram. Amma hisslərimi bərpa edə bilirəm. Sonra ortaya mahnılar çıxır. Xloye Kiprdə filmə çəkiləcək. Onun qiymətləri yerindədir. Boşanandan sonra qiymətləri qaldırıb. Gözəl qadındır. Özünə hər yerdə iş tapa bilər”. Dördpendirli pizza
Qeyd edək ki, cütlük 5 il evli qalıb.
Telegram kanalımız