“Qoy digər satqınlara da dərs olsun!” - Sahib Alıyev

saytların hazırlanması

Evə çatdırılma

“Qoy digər satqınlara da dərs olsun!” - Sahib Alıyev

Siyasət

01 Mart 2019 21:18 1030


"Fəxrəddin Abbasovun Moskvadan Bakıya deportasiya olunması Azərbaycan dövlətinin gücünün, dövlət başçımız cənab İlham Əliyevlə Rusiya Prezideti Vladimir Putin arasında qarşılıqlı güvənə dayanan əlaqələrin nəticəsidir”. 

"Yeni Sabah" xəbər verir ki, bunu deputat Sahib Alıyev Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə tqəsirləndirilən separatçı Fəxrəddin Abbasovun hənsinə münasibət bildirərkən deyib.

“Fikrimcə, buna ən çox sevinən bizim talış qardaşlarımız olacaq. Ona görə ki, şərəf hissini itirmiş bu adam, bir tərəfdən özünü talış millətçisi kimi təqdim edir, digər tərəfdən də torpaqlarımızın bütünlüyü uğrunda şəhid olan minlərlə soydaşının ruhunu incidərək gedib haylarla işbirliyi qurur, Ermənistan kəşfiyyatının verdiyi müxtəlif tapşırıqları yerinə yetirirdi. İndi bütün bunlara görə məhkəmə qarşısında cavab verəcək. Qoy digər satqınlara da dərs olsun!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!