Qubada 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov Quba rayonu ərazisində saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. pizza hut
Rayon sakini Tural Süleymanov və Xaçmaz rayon sakini Xanlar Ağayev da eyni ittihamla saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız