Qubada dağıdılan qəbirlər: “Bu qədər özbaşınalıq olmaz!” - Video

saytların hazırlanması

Evə çatdırılma

Qubada dağıdılan qəbirlər: “Bu qədər özbaşınalıq olmaz!” - Video

Sosial

16 Avqust 2023 17:12 787


Qubanın Qalaxudat kəndində yol çəkilərkən qəbirlər dağıdılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Space telekanalında yayımlanan "Gəl Danış" proqramında məlumat yayılıb.

Kənd sakinləri efirə canlı bağlanaraq qəbirlərin dağıdıldığını, skeletlərin ətrafa səpələndiyini bildiriblər. pizza mizza

Verilişin aparıcısı Amil Xəlil bunu "rəzalət" adlandırıb:

"Kənd sakinləri yol çəkilən zaman qəbirlərin dağıdıldığını bildirir. Onlar deyir ki, qazıntı zamanı insan sümüklərini ora-bura atanlar ulu babalarımızın məzarlarıdır, belə etmək olmaz. İnsan sümükləri ətrafa səpələnib. Bu, dəyərlərimizin heçə sayılmasıdır. Bu qədər özbaşınalıq olmaz!

Camaatın qəbirlərini darmadağın ediblər. İşi görən isə rəsmi qurumlardır. Rəzaləti olduğu kimi paylaşıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!