Qubada əxlaqsız yuva aşkarlandı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib. pizza mizza
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Telegram kanalımız