Qusarlı fermer bir gündə 50 tona yaxın kartof çeşidləyə bilən aqreqat düzəldib.
Rayonun Yasab kəndində yaşayan 58 yaşlı Rəvayət Nəzərovun hazırladığı qurğu həm elektriklə, həm də mexaniki üsulla çalışır. Sadə mexanizmlə işləyən qurğuda kartof diametri 800 millimetr olan barabana boşaldılır. Həmin baraban fırlandıqca kartoflar ölçüsünə uyğun dəliklərdən xüsusi yuvalara tökülür. Bu aqreqat kartofu 0-35, 36-55, 56-85 millimetr və 85 millimetrdən böyük olmaqla 4 ölçüdə çeşidləyir.
Rəvayət Nəzərov 8 ay ərzində düzəltdiyi kartof çeşidləyici aqreqatın təsərrüfatçıların əməyini xeyli yüngülləşdirəcəyini bildirir. Belə ki, 10 işçi əl əməyi ilə bir gündə cəmi 3 ton kartof çeşidləyə bilir. Yeni aqreqat vasitəsilə şəraitdən və işçi qüvvəsindən aslı olaraq 8 saatlıq iş rejimində 20 tondan 48 tona kimi kartofu çeşidləmək mümkündür. Bu zaman aqreqata cəmi 2 manat dəyərində elektrik enerjisi sərf olunur. Dördpendirli pizza
Dəmir konstruksiya üzərində quraşdırılan aqreqatın hissələrini çıxarmaq, dəyişdirmək və təmir etmək mümkündür. Üç metrə yaxın uzunluqdakı qurğunun hündürlüyü 1,6 metr, çəkisi isə 180 kiloqramdır. Çeşidləyicinin barabanı 1 dəqiqədə 8 dövrə vurur.
Azərtac
Telegram kanalımız