Raket hücumu nəticəsində Gəncədə ölənlərin sayı 12 nəfərə çatıb
17 Okt 2020 04:38
546

Raket hücumu nəticəsində Gəncədə ölənlərin sayı 12 nəfərə çatıb

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə Yenisabah.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər