Ramalla Elarizin qalmaqalı böyüyür: “Səni sildim!”

saytların hazırlanması

Evə çatdırılma

Ramalla Elarizin qalmaqalı böyüyür: “Səni sildim!”

Şou

29 Sentyabr 2019 12:53 1088


Əməkdar artist Elza Seyidcahanın müğənnilər Ramal İsrafilovla Elariz Məmmədoğlunu barışdırmaq cəhdi baş tutmayıb.

"Yeni Sabah" xəbər verir ki, "Ulduzlu yayım" verilişində Ramal yenə də Elarizi tənqid edib.

O, "Musiqiçinin dediyi sözə düzgün yanaşmalıdır. Elariz hansı cürə təbliğ edir, özü bilər. Heç mənə zəng etmədən, məni söyənləri alqışlayır. Özünə tərif yazanları da alqışlayır" deyib. Sezar pizza

Veriliş zamanı Seyidcahan Amerikada olan ifaçıya zəng edərək, Ramalın tərəfini tutmağa çalışıb.

Telefonu açıb Ramalı görən Elariz "Səni sildim. Video məndə var" deyərək, telefonu Elzaya verməsini söyləyib. O, İsrafilovla danışmaq istəməyib. O, Ramalın dediklərini danmasını isə qəbul etməyib.

"Aygün Bəylərin bir sözü var: Bu musiqini sizə yox, bizə tapşırıblar. Ona görə də bizi qınamayın. Adam ağzını açanda, on nəfər üstünə düşür. Kiminsə şəxsiyyətinə toxunmuruq, musiqinə danışmayaq? Elariz gitara ifaçısıdır, mən oxuyan kimi danışıram. Bundan sonra pis-pis deyən deyiləm. Deyən kimi atama, anama zəng vururlar" deyərək, Ramal əsəbi fikir bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!