Rayonlarda şaxta, Bakıda 18 dərəcə isti

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda şaxta, Bakıda 18 dərəcə isti

Sosial

03 Noyabr 2022 12:45 848


Milli Hidrometeorologiya Xidməti noyabrın 4-ə olan hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-12° isti, gündüz  15-18°  isti, Bakıda gecə 9-11° isti, gündüz  16-18° isti olacaq.  

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!