Rayonlarda temperatur - 42 dərəcə

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda temperatur - 42 dərəcə

Sosial

17 Avqust 2022 12:47 906


Milli Hidrometeorologiya Xidməti avqustun 18-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz  35-37° isti olacaq.  

Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz 30-35 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Temperatur gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.   

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!