Razim Məmmədov Bakıda 5 rayona nəzarət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Razim Məmmədov Bakıda 5 rayona nəzarət edəcək

Sosial

23 Fevral 2019 21:49 5595


Xəbər verdiyimiz kimi, iki gün öncə Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub. 

52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. Onun bu vəzifədən azad edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Həmin vaxtı ölkə prezidentinin Razim Məmmədovu vəzifədən azad etməsi sosial şəbəkələrdə də dəstəkləndi. 

Xüsusilə də Xətai rayon sakinləri Razim Məmmədovun icra başçısı vəzifəsindən çıxarılmasını "toy-bayramla" qarşıladı.  pizza

Şübhəsiz ki, bunun müxtəlif səbəbləri var. Çünki icra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində də hallanır.

Xətainin icra başçısı olduğu dövrdə Razim Məmmədov Bakı meri olmağa çalışması barədə də tez-tez gündəmə gəlib. Ancaq ölkə başçısı Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə başqa adamı təyin etməsi Razim Məmmədovun bütün arzularının üstünə "xətt çəkmiş" oldu. 

Yeni vəzifəyə təyin olunanadək ölkə başçısının etimadını itirmiş Razim Məmmədovun həbsi ilə bağlı xəbərlər də dolaşırdı. Onun Xətaidə icra başçısı olduğu zamanlarda ciddi korrupsiya və rüşvət hallarına yol verdiyi iddia olunur.   

Belə bir məqamda Razim Məmmədovun Prezident Administrasiyasında yeni vəzifəyə təyin edilməsi bir çox mətləblərdən xəbər verir. Görünən odur ki, Razim Məmmədovu "qoruyan əllər" onu həbsə gedən yoldan xilas edə bildi. 

Razim Məmmədovun məhz Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunması onun “köhnə qvardiyaçı” olduğunu bir daha ortaya qoydu. 

Məlumata görə, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hazırda Razim Məmmədova Bakının 5 rayonuna “kuratorluq” işini tapşırıb. O, həmin rayonların başçıları ilə Prezident Administrasiyası arasında koordinasiya işlərini aparacaq. Razim Məmmədovun yeni vəzifəsinin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!