Region hotellərində xidmət keyfiyyəti artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Region hotellərində xidmət keyfiyyəti artırılacaq

Sosial

25 Fevral 2019 15:41 863


Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq və gələcəkdəki fəaliyyətlərində region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılır.

“Yeni Sabah” xəbər verir ki, bu prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri 20 fevralda Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən, 21 fevralda Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay rayonlarını əhatə edən, 23 fevralda Gəncəyə səfər edərək Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərlə, 24 fevral tarixində isə Lənkərana səfər edərək Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər. pizza

Görüşlərdə Assosiasiyanın əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barəsində müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm  imicini  formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən Quba və Şəki üzrə Destinasiya Menecmenti Təşkilatlarının da təqdimatı keçirilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!